Gəncədə evakuator piyadanı vurub öldürdü

Tarix: 26 Dec 2023 22:32

Gəncə şəhərində evakuator piyadanı vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Vəli Xulflu küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil 1981-ci il təvəllüdlü Rauf Sarıyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Həkimlərin səyinə baxmayaraq Rauf Sarıyev dünyasını dəyişib.

Yunis Quliyev

Xəbər Lenti