Çərşənbə axşamı, 26 May, 2026
Tarix: 27 Dec 2023 11:16
"Bu gün dövlətimiz tərəfindən qazilərə və veteranlara yüksək diqqət və qayğı göstərilir. Şübhəsiz ki, bu, Ali Baş Komandanın ordu quruculuğu sahəsində apardığı yüksək fəaliyyətin nəticəsidir".
Bunu APA-ya açıqlamasında 44 günlük Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan hərbi qulluqçu Samir Abbasov deyib.
O bildirib ki, bu gün ölkəmiz sosial sahədə hər bir vətəndaşının yanındadır:
“Güclü orduya, güclü iqtisadiyyata sahibiksə, buna görə Prezidentimizə borcluyuq. İkinci Qarabağ müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Düşmənin məğlubedilməz ordu mifi 44 gündə darmadağın edildi. Mən özüm Tərtər rayonunun Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Bu gün çox şadam ki, bu il aparılan antiterror tədbirləri nəticəsində ölkəmiz tam şəkildə suverenliyinə qovuşdu. Hazırda ordumuzda tam təminat var, istər hərbçilərin, istərsə də ehtiyatda olan hərbi qulluqçuların qayğısına qalınır. Buna görə dövlətimizə minnətdarıq və hər zaman Ali Baş Komandanın tapşırıqlarını icra etməyə hazırıq".
Mənbə: apa.az