Cümə, 23 Yanvar, 2026
Tarix: 27 Dec 2023 15:10
"Bərdə-Ağdam avtomobil yolu işğaldan azad olunmuş Ağdam rayonuna aid olan layihələrin ilkidir. Yeni istifadəyə verilən yol 20-dən çox yaşayış məntəqəsini əhatə edir."
APA xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin böyük mütəxəssisi Məmməd Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun ümumi uzunluğu 44,5 kilometrdir: "Yol üzərində 2 körpü, 2 yol ötürücü var. Bundan başqa, avtomobil yolunun düz bucaqlı müxtəlif diametrli su ötürücü borular, heyvan keçidləri və yaşayış məntəqələrinin daxilindən keçən 3 hissədə yer üstü piyada keçidləri quraşdırılıb. Bundan başqa, avtomobil yolu Qarabağın inkişaf planını nəzərə almaqla 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun tikilib. Müasir standartlara uyğun olaraq dayanacaqlar, məlumatverici lövhələr qurulub, yol işıqlandırma ilə də təmin olunacaq".