Çərşənbə, 6 May, 2026
Tarix: 27 Dec 2023 21:20
Bu ilin dekabr ayı üzrə avtoqəza nəticəsində Kliniki Tibbi Mərkəzə 157 müraciət daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib. O bildirib ki, müraciət edənlərin bəziləri ilkin yardım edilərək ambulator müalicə üçün evə buraxılıb, bəziləri isə ağır travma diaqnozu ilə reanimasiyaya yerləşdirilib.
"Bu ilin dekabr ayı ərzində KTM-ə 1 nəfər skuter qəzası nəticəsində müraciət edib", - deyə o, cavabda qeyd edib.