Cümə axşamı, 14 May, 2026
Tarix: 28 Dec 2023 06:47
Bu gün Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu mərhələdə Laçına daha 25 ailə - 80 nəfər köçürülüb.
Qeyd edək ki, Bakı şəhərindən 13 ailə-38 nəfər, Bərdə rayonundan 5 ailə -17 nəfər, Sumqayıt şəhərindən 5 ailə -15 nəfər, Abşeron rayonundan 2 ailə-10 nəfər Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 408 ailənin, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib.