Azərbaycanın beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 5 dəfə artıb

Tarix: 28 Dec 2023 11:16

Azərbaycanın beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 11 960 təşkil edib.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş Katibi Kənan Qurbanov ilin nəticələrinə həsr olunmuş tədbir zamanı bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə bu göstərici 2 400 səviyyəsində olub.

Beləliklə, iki il ərzində qeyd olunan göstərici, demək olar ki, 5 dəfə artıb.

"Qeyd olunan zamanda əhəmiyyətli artım olub", - Kənan Qurbanov qeyd edib.

Xəbər Lenti