Yeni Klinikaya direktor müavini təyin olunub

Tarix: 18 Nov 2023 13:55

Yeni Klinikaya direktor müavini təyin olunub.

APA xəbər verir ki, bu barədə klinikanın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən Gülnar Nuriyeva tibb müəssisəsinin direktor müavini və Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

Gülnar Nuriyeva 2001-2007-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetimdə təhsil alıb. 2012-2016 –cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Universitetinin Ginekologiya və Mamalıq Kafedrası - Tibb Fakültəsində uzmanlıq keçib. 2012-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Xəstəxanasında həkim mama-ginekoloq, daha sonra qadın xəstəlikləri və doğum uzmanı olaraq Türkiyənin Iğdır şəhərində Özel Bulut Xəstəxanasında çalışıb.

2018-2021-ci illərdə Hadassah Universiteti Xəstəxanasının Ginekologiya şöbəsində fəaliyyət göstərib. 2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində Doğum Şöbəsinin müdiri olub.

Xəbər Lenti