Çərşənbə, 17 Dekabr, 2025
Tarix: 15 Dec 2025 14:17
Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahibləri viza tələblərindən azad edilib.
APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə qanunu imzalayıb.
Qeyd edək ki, saziş 2025-ci il sentyabrın 23-də Nyu-Yorkda imzalanıb.