Azərbaycanla Surinam arasında viza rejimi qismən ləğv edilib

Tarix: 15 Dec 2025 14:15

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu imzalayıb.

APA xəbər verir ki, Qanuna əsasən, 2025-ci il sentyabrın 22-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Azərbaycan Surinam viza

Xəbər Lenti