Əli Əhmədov: Yeni çağırışlar həmkarlar təşkilatlarının yenilənməsini ciddi şəkildə tələb edəcək

Tarix: 16 Dec 2025 11:38

"Azərbaycanda əmək hüquqlarının qorunmasına dair hüquqi baza formalaşdırılıb".

APA xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bu gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında deyib.

O qeyd edib ki, Azərbaycan Milli Məclisi tərəfindən əmək hüquqlarının müdafiəsinə yönəlmiş bir sıra qanunların qəbul edilməsi ölkədə insan və əmək hüquqlarının qorunması üçün etibarlı hüquqi baza yaradıb:

"Məhz bu hüquqi baza əsasında bir tərəfdən Azərbaycan hökuməti vətəndaşların əmək hüquqlarının qorunması kimi məsuliyyətli vəzifəni uğurla həyata keçirir. Yeni çağırışlar həmkarlar təşkilatlarının fəaliyyətinin yenilənməsini gələcəkdə ciddi şəkildə tələb edəcək. Kütləvi şəkildə robotlaşma, süni intellektin tətbiqi əmək və işçi anlayışlarına yeni məzmun gətirir. Mən inanıram ki, biz artıq əmək sahəsində köklü dəyişikliklərin şahidi oluruq və gələcəkdə bu daha aydın şəkildə özünü göstərəcək”, - Əli Əhmədov vurğulayıb.

Gülcahan Məmmədova

Xəbər Lenti