Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 29 Dec 2023 14:10
Almaniyada 10 mindən çox ukraynalı hərbçi təlim keçib.
APA xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri general Kristian Freydinq bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsindən mühüm dərs alınıb, onun əhəmiyyəti xüsusən də pilotsuz təyyarələrdən istifadə edilməsidir.
General qeyd edib ki, vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilmək üçün yəni tədris materiallarının təmini baxımından maksimum dəstək vermək və təlimlərin sayını artırmaq daha vacibdir.
Freydinq onu da əlavə edib ki, gələn ayın 4-dən etibarən Almaniyada növbəti iki piyada batalyonunun təliminə başlanacaq.