AQTA: Elektron siqaretlərin istifadəsini qadağan edən ölkələrin sayı 46-a yüksəlib

Tarix: 16 Dec 2025 16:21

"Elektron siqaretlərin istifadəsi 46 ölkədə qadağan edilib, 83 ölkə satışını tənzimləməklə , 42 ölkə isə tərkibindəki nikotini tənzimləməklə məhdudlaşdırıb".

APA xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.

O bildirib ki, son 6 ay ərzində elektron siqaretlərin istifadəsini qadağan edən ölkələrin sayı 35-dən 46-a yüksəlib: “Çox narahatedici məqamlardan biri də odur ki, bu ilin məlumatına əsasən, dünyada 100 milyondan artıq insan elektron siqaret istifadə edir və onlardan 15 milyonu 14-18 yaş arası yeniyetmələrdir. Burada ən çox digər narahatedici məqam odur ki, böyüklərə nisbətdə elektron siqaret yeniyetmələr arasında 9 dəfə çox istifadə olunur”, - Validə Sadıxova qeyd edib.

Şükran Məmmədov AQTA. elektron siqaret

Xəbər Lenti