Çərşənbə, 17 Dekabr, 2025
Tarix: 16 Dec 2025 15:53
Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar.
APA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI səfirlər konfransında bildirib.
“Azərbaycanla dialoq apararkən, eyni zamanda, Ermənistanla normallaşma prosesini də irəlilədirik”, - Türkiyə Prezidenti qeyd edib.
Türkiyə Prezidenti onu da bildirib ki, bu istiqamətdə gələn ilin əvvəlindən etibarən bir neçə simvolik addım atacaqlar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Ermənistan normallaşma prosesi sülh müqaviləsi