Serbiyada müxalifətçilər paytaxt küçələrindən birini bağlayıb

Tarix: 29 Dec 2023 17:02

Serbiyada müxalifətçilər paytaxt küçələrindən birini bağlayıb.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Serbiyanın qərbyönlü müxalifət düşərgəsinin tərəfdarları paytaxt Belqradda küçələrin birində çadırlar qurublar.

Etirazçılar ölkə Prezidenti Aleksandar Vuçiçin koalisiyasının qalib gəldiyi 17 dekabr seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edirlər.

Xəbər Lenti