Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 29 Dec 2023 19:20
Qazaxıstanın Akmola vilayətində günlərdir davam edən güclü qar fırtınası nəticəsində zəncirvarı qəza baş verib.
APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, qəza zamanı 7-si yük avtomobili olmaqla, 16 nəqliyyat vasitəsi toqquşub.
Hadisə nəticəsində qəzaya uğrayan avtomobillərdən birinin 28 yaşlı sürücüsü hadisə yerindəcə həyatını itirib, 5 nəfər ağır yaralanıb.
Əhməd Əkbərov