Cənubi Afrikada fəlakət - Ölənlərin sayı durmadan artır

Tarix: 30 Dec 2023 02:47

Cənubi Afrikanın şərqindəki Ladysmith şəhəri yaxınlığında yağan şiddətli yağışlar daşqına səbəb olub.

“Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, daşqın nəticəsində azı 14 nəfər ölüb, 11 nəfər isə itkin düşüb.

Ladysmithdən cənubda yerləşən Mandeni əyalətində sahil şəhəri də daşqınlara məruz qalıb, çay üç nəfəri aparıb.

Yerli hakimiyyət orqanları yaxın 24 saat ərzində daşqın qurbanlarının sayının artacağı ilə bağlı məlumat veriblər. Belə ki, sinoptiklər Cənubi Afrikanın bu hissəsində həftənin əvvəlindən yağan güclü yağışların bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar.

Xəbər Lenti