Qəzzada ölənlərin sayı 21 mini ötdü

Tarix: 30 Dec 2023 01:45

Qəzza zolağında gedən döyüşlər nəticəsində həlak olanların sayı 21.507 nəfərə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  döyüşlər nəticəsində oktyabrın 7-dən indiyədək 55 915 nəfər yaralanıb. Qeyd olunan statistikaya son 24 saat ərzində 187 ölüm halı da daxildir.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin Yaxın Şərq üzrə aidiyyəti qurumu oktyabrın 7-dən bu yana agentliyə məxsus binalarda gedən döyüşlərdən sığınan 308 nəfərin həlak olduğunu bildirib. BMT binalarında gizlənən daha 1 095 nəfərin yaralandığı bildirilib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox girov götürülməsi ilə müşayiət edilib.

İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən hadisələri  “Dəmir qılınclar” əməliyyatının davamı kimi qiymətləndirir.

Xəbər Lenti