Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 30 Dec 2023 01:20
Rusiya genişmiqyaslı işğala başladığı gündən bəri ötən gün Ukraynanın şəhər və kəndlərinə ən böyük raket hücumlarından birini həyata keçirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ruslar hücum zamanı təxminən 158 silah növündən istifadə edib.
Belə ki, Ukraynanın bir neçə ərazisinə, Kiyev, Lvov, Dnepr, Odessa, Xarkov, Xmelnitski və digər vilayətlərə zərbə endirilib.
Hücum zamanı doğum evi, məktəb, yaşayış binası, uşaq bağçası, poçt, metro stansiyası və ticarət mərkəzi də daxil olmaqla mülki infrastruktur hədəf alınıb.
Son məlumatlara görə, hücum nəticəsində ölənlərin sayı 27-ə çatıb, 144 nəfər yaralanıb.
Dağıntılar altında qalanların axtarışları hələ də davam edir.