İsrail ordusu Qəzzanın şimalında HƏMAS liderinin qərargahını məhv edib

Tarix: 30 Dec 2023 03:55

İsrail ordusu Qəzza zolağının şimal hissəsində HƏMAS rəhbərliyinin qərargahını və ona bağlı tunellər şəbəkəsini aşkar edib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"İsrail ordusu HƏMAS-ın lideri Yəhya Sinvarın Qəzza zolağındakı qərargahını aşkar edərək məhv edib. Qərargah Qəzza zolağının şimalında yerləşirdi", - məlumatda deyilir.

Xəbər Lenti