Cümə, 23 Yanvar, 2026
Tarix: 30 Dec 2023 13:16
2023-cü ilin yanvar-noyabr aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 20.6 milyon dollar dəyərində məhsul ixrac edib.
Bu barədə “APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”na istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2.5 dəfə və ya 31.2 milyon dollar azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 11 ayı ərzində “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 51.8 milyon dollar dəyərində məhsul ixrac edib.