Azərbaycanda qızıl hasilatçısının ixrac gəlirləri 38 milyon dollardan çox azalıb

Tarix: 30 Dec 2023 12:56

Azərbaycanda qızıl və mis istehsalçısı Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin (AİMKL) ixrac gəlirləri 38 milyon dollardan çox azalıb.

“APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-noyabr aylarında mədən şirkəti 53.4 milyon dollar dəyərində məhsul ixrac edib. Bu isə ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 42% və ya 38.3 milyon dollar azalıb.

Qeyd edək ki, 2022-ci ilin ilk 11 ayı ərzində AİMKL 91.7 milyon dollar dəyərində məhsul ixrac edib.

Xəbər Lenti