Gön idxalı 2 il gömrük rüsumundan azad olunub

Tarix: 30 Dec 2023 20:03

Azərbaycana idxal edilən təzə, yaş-duzlu, qurudulmuş və ya quru-duzlu gönlər daha 2 il gömrük rüsumundan azad edilib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Beləliklə, bu il dekabrın 31-də bitəcək bu müddət 31 dekabr 2025-ci ilədək uzadılıb.

Xəbər Lenti