NATO Baş katibinin müavini Simonyanla sülh prosesini müzakirə edib

Tarix: 18 Dec 2025 14:33

NATO Baş katibinin müavini Radmila Şekerinska İrəvana səfəri çərçivəsində Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşüb.

APA xəbər verir ki, bu barədə Simonyan özünün “X” hesabında məlumat verib.

“Bu gün NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşdüm. Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh barədə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında, o cümlədən müştərək proqramların inkişafı haqqında fikir mübadiləsi apardıq”, - Simonyan bildirib.

Toğrul Quluzadə NATO Ermənistan Simonyan Şekerinska

Xəbər Lenti