Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 31 Dec 2023 03:09
Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması illər çəkəcək.
“Qafqazinfo” xəbər verir ki, bunu Avropa Komissiyasının dəyərlər və şəffaflıq üzrə vitse-prezidenti Vera Yourova deyib.
Yourovanın sözlərinə görə, gələn il Aİ heç bir ölkəni üzvlüyə qəbul etməyəcək:
“Serbiya, Monteneqro, Şimali Makedoniya və Albaniyanın alyansa qoşulmaq şansı daha yüksəkdir. Aİ namizədləri ittifaqın bir hissəsi olmadan da ona yaxınlaşa bilərlər. Ölkələr Aİ ilə nəqliyyat infrastrukturu, enerji və rəqəmsal qarşılıqlı əlaqə qura bilər” .