Onların sayı 657 mini keçdi - Fotolar

Tarix: 31 Dec 2023 04:43

Oktyabrın 7-si başlayan İsrail-HƏMAS müharibəsi nəticəsində qəzzalılar Rəfah şəhərinə köçməkdə davam edirlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-dən indiyə kimi (85 gün) köçkünlərin sayı 657 mini keçib. Belə ki, Qəzza zolağının mərkəzindəki tez-tez vurulan Məğazi, Nuseyrat və Bureyc qaçqın düşərgələrində yaşayan minlərlə sakin Rəfah şəhərinə köç edirlər.

Xatırladaq ki, Qəzza zolağında indiyə kimi həlak olanların sayı 21.507 nəfərə çatıb. 55 915 nəfər isə yaralanıb. 

Xəbər Lenti