Çərşənbə, 5 Avqust, 2026
Tarix: 31 Dec 2023 06:03
İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzzada çoxlu sayda Çin istehsalı olan silah-sursat tapıblar.
APA-nın xəbərinə görə, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
İsrailin siyasi rəhbərliyinə istifadə edilən silah nümunələrinin göstərildiyi dəqiqləşdirilir.
Onun Qəzzaya qaçaqmalçılıq yolu ilə aparılmadığı, mütəşəkkil təchizat zəncirinin bir hissəsi kimi gətirildiyi güman edilir.
Mənbə: apa.az