Gəncədə piyada ölümü ilə nəticələnən qəza olub - Foto

Tarix: 31 Dec 2023 10:07

Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik maşını 1976-ci il təvəllüdlü Abdulayev İlkini vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Xəbər Lenti