Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 31 Dec 2023 12:33
ABŞ-nin “Grevely” hərbi gəmisi Qırmızı dənizdə Yəmən husilərinin raketlərini vurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Departament izah edib ki, gəmi husilərin Danimarkanın “Maersk” şirkətinin konteyner gəmisinə hücumuna cavab olaraq iki gəmi əleyhinə ballistik raketi vurub.
“Maersk” ticarət gəmisi Qırmızı dənizin cənubundan keçərkən atəşə tutulub. Gəmiyə ciddi ziyan dəyməyib və tələfat yoxdur.