Böyük Britaniya MN: "İstəklilər Koalisiyası" Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

Tarix: 19 Dec 2025 02:16

"İstəklilər Koalisiyası" Ukraynada sülh əldə edildikdən sonra Ukrayna Silahlı Qüvvələrinin bölmələrini NATO standartlarına uyğunlaşdırmaq üçün kömək etməyə hazırdır.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə nazirinin üzrə müavini Lyuk Pollard İcmalar Palatasında çıxışında bildirib.

"Biz "İstəklilər Koalisiyası"ndakı fransız həmkarlarımızla birlikdə sülh gələndə və ümid edirəm ki, tezliklə gələcək, ukraynalı dostlarımıza bölmələrini cəbhə xəttindən çıxarmaq və NATO standartlarına uyğunlaşdırmaqla onları dəstəkləyə biləcəyimizi təmin etmək üçün çalışırıq", - Pollard deyib.

Xəbər Lenti