Çərşənbə, 25 Ferval, 2026
Tarix: 25 Feb 2026 11:33
Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 31%-dən aşağı enib.
Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Məlumata görə, Aİ ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi təqribən 30,59% təşkil edir, bu da son beş ilin orta göstəricisindən 16,58 faiz bəndi azdır.
Bildirilib ki, hazırda Aİ ölkələrinin anbarlarında qazın ümumi həcmi 33,8 mlrd. kubmetrə yaxın səviyyədədir.
Qeyd edək ki, ümumilikdə istilik mövsümündə, ötən oktyabrın 13-dən bəri Avropa ölkələri anbarlardan təxminən 64 mlrd. kubmetrə yaxın qaz çıxarıb.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Emil İsmayılov Aİ qaz anbarları TAP