Britaniya Xarici İşlər Nazirliyi İranı Qırmızı dənizdə gəmilərə hücumları dayandırmaq üçün husilərə təsir göstərməyə çağırıb

Tarix: 31 Dec 2023 15:29

İran Qırmızı dənizdə gəmilərə hücumları dayandırmaq üçün Yəmənin üsyançı Ənsar Allah hərəkatına (Husilər) təzyiq etməlidir.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefon danışığında bildirib.

“Mən bu gün Əmir Abdullahyanla Qırmızı dənizdə həm günahsız insanların həyatı, həm də qlobal iqtisadiyyat üçün təhlükə yaradan hücumlar barədə danışdım. “Mən açıq şəkildə bildirdim ki, İran Husilərə uzunmüddətli dəstək verdiyini nəzərə alaraq, bu hücumların qarşısının alınmasına görə məsuliyyəti digər ölkələrlə bölüşməlidir” - Kemeron yazıb.

Xəbər Lenti