Tramp ABŞ-ın kosmik üstünlüyünün təmin edilməsi haqqında sərəncam imzalayıb

Tarix: 19 Dec 2025 03:38

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın kosmik üstünlüyünün təmin edilməsi haqqında bir sərəncam imzalayıb.

APA xəbər verir ki, sənəd Ağ Ev tərəfindən mətbuatda paylaşılıb.

Sənəddə amerikalıları 2028-ci ilə qədər Aya qaytarılması və 2030-cu ilə qədər orada daimi baza yaratmaq zərurəti qeyd olunur.

Tramp administrasiyası həmçinin 2028-ci ilə qədər ABŞ kosmik sektoruna 50 milyard dollar investisiya cəlb etmək və 2030-cu ilə qədər Beynəlxalq Kosmik Stansiyanı yenisi ilə əvəz etmək qarşısına məqsəd qoyub.

Digər prioritetlərə Ay səthində yerləşdirilmək üçün nüvə reaktorunun hazırlanması daxildir ki, bu texnologiyalar 2030-cu ilə qədər buraxılışa hazır olmalıdır.

Bundan əlavə, sərəncamda yeni nəsil raketlərin yaradılması üçün müdafiə proqramlarının bir hissəsi olaraq 2028-ci ilə qədər prototiplərin hazırlanması və sınaqdan keçirilməsi öz əksini tapır.

Xəbər Lenti