“Siz bizim fəxrimizsiniz” - Putindən əsgərlərə təbrik

Tarix: 31 Dec 2023 18:19

Rusiya Prezidenti Vladimir Putin ​​bütün rusiyalıları yeni il münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, xalq qarşısında çıxışında 2023-cü ildə ölkənin milli maraqlarını, azadlığını və təhlükəsizliyini birlikdə müdafiə etdiklərini vurğulayıb.

“Biz ideyalarımızda, əməyimizdə və müharibəmizdə birik”.

Putin müharibədə milyonlarla Rusiya vətəndaşının dəstəyini hiss etdiyini vurğulayıb:

“Bizi parçalaya biləcək heç bir güc yoxdur. Rusiyanın taleyini biz müəyyən edirik, biz böyük ailəyik və təhlükəsiz inkişafı təmin edəcəyik. Biz əcdadlarımızın xatirəsini, imanını unutmadan bu mübarizəni davam etdiririk”, - deyə Rusiya lideri əlavə edib.

Xəbər Lenti