Çində zəlzələ oldu

Tarix: 31 Dec 2023 20:36

Çində 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 294 min nəfər əhalisi olan Baiyin şəhərindən 81 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xəbər Lenti