Şənbə, 17 Yanvar, 2026
Tarix: 19 Dec 2025 08:38
Avropa İttifaqı sammitinin iştirakçıları Kiyevə iki il ərzində 90 milyard avro maliyyə ayırmaq barədə razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta öz “X” hesabında məlumat verib.
"Biz razılığa gəldik. Ukraynaya 2026-2027-ci illərdə 90 milyard avro dəstək vermək barədə qərar qəbul olundu", - o yazıb.