Cümə, 19 Dekabr, 2025
Tarix: 19 Dec 2025 11:36
Bu ilin ilk 11 ayında Azərbaycan Gürcüstandan ümumi dəyəri 162,4 milyon ABŞ dolları olan yerli məhsul tədarük edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik müqayisədə Azərbaycan Gürcüstan məhsullarının idxalını 25,8% artırıb.
Yanvar-noyabrda Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 5,4% paya sahib olub. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin yerli ixrac tərəfdaşlarının ilk onluğunda Rusiya, Türkiyə, Çin, Bolqarıstan və Ermənistandan sonra VI yeri tutub.
Hesabat dövründə Gürcüstandan ümumilikdə 6,62 milyard ABŞ dolları dəyərində yerli məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 10,1% çoxdur. Yerli ixracın ümumi ixracdakı payı 45,3% təşkil edib.
Qonşu ölkədən ən çox ixrac edilmiş yerli məhsulların ilk onluğuna qiymətli metal filizləri və konsentratları, təzə üzüm şərabı, spirtli içkilər, ferroərintilər, təbii, mineral və qazlı sular, şəkər əlavəli sular, qoz-fındıq, mineral gübrələr, qızıl, mis filizləri və konsentratları daxil olub.
Cəmilə Babayeva Gürcüstan idxal