Cümə, 19 Dekabr, 2025
Tarix: 19 Dec 2025 12:31
2009–2014-cü illərdə Ermənistan Maliyyə Nazirliyinin Avropa İttifaqı ilə iş üzrə koordinasiya şöbəsinin rəhbəri olmuş A.Q. Avropa İttifaqının təxminən 972 milyon dram (2,5 milyon dollar) məbləğində vəsaitini fırıldaq yolu ilə mənimsəyib.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası Baş Prokurorluğa istinadən məlumat yayıb.
İstintaqın məlumatına görə, A.Q. Avropa İttifaqının Ermənistan nümayəndəliyinin əməkdaşı M.L., ATƏT ofislərinin əməkdaşları və digər şəxslərlə əvvəlcədən əlbir olaraq müxtəlif ictimai təşkilatlar vasitəsilə saxta qrant proqramları təqdim edib, Aİ nümayəndəliyi tərəfindən elan olunan müsabiqələrdə onları qalib kimi göstərib.
Bildirilir ki, təqsirləndirilən A.Q. üçün həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib.
2025-ci il 9 dekabr tarixində prokuror ittiham aktını təsdiqləyib və cinayət işinin materiallarını səlahiyyətli məhkəməyə göndərib.
Cinayət prosesində iştirak etməkdən yayınan A.Q.-yə qarşı aralıq məhkəmə iclasının keçirilməsi üçün müraciət təqdim edilib.
İlqar Xudiyev Ermənistan Aİ qrant mənimsəmə