Cümə, 19 Dekabr, 2025
Tarix: 19 Dec 2025 13:32
Polşada rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski polşalı həmkarı Karol Navrotski ilə görüşüb.
APA xəbər verir ki, bu barədə “Evropeyskaya Pravda” məlumat yayıb.
Polşa Prezidenti Karol Navrotskinin bu il avqustun 6-da vəzifəyə başlamasından sonra iki dövlət rəhbərinin ilk rəsmi görüşüdür.
Məlumata görə, Zelenski bu gün Navrotski ilə yanaşı Seym və Senatın spikerləri, həmçinin Polşa Baş naziri Donald Tusk ilə görüşlər keçirəcək.
Gözlənilir ki, Navrotski ilə görüşdən sonra iki ölkə rəhbəri mətbuat konfransı keçirəcəklər.
İlqar Xudiyev Polşa Ukrayna Zelenskir Polşa Prezidenti Karol Navrotski