Putin Krasnıy Limanın tezliklə alınacağını deyib

Tarix: 19 Dec 2025 13:18

Rusiya Ukraynanın münaqişəyə son qoymağa hazır olduğunu görür.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin İlin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Moskva Ukraynadakı münaqişəni sülh yolu ilə həll etməyə hazırdır və bunu istəyir.

Putin bildirib ki, Ukrayna ordusu bütün cəbhələrdə geri çəkilir.

Rusiya prezidenti Krasnıy Limanın tezliklə alınacağını və irəliləyişin Slavyanska doğru davam edəcəyini söyləyib.

Fərid Əkbərov Rusiya Ukrayna Putin

Xəbər Lenti