Zelenski: Ukrayna həmrəylik və praktiki dəstəyə görə Azərbaycana dərin minnətdarlığını bildirir

Tarix: 19 Dec 2025 13:18

Ukrayna Rusiya Federasiyasının silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktiki dəstəyə görə Sizə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirir.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirilir.

“Xüsusilə ölkənin enerji sistemi obyektlərinin fəaliyyətinin təmin edilməsi məqsədilə göstərilən humanitar yardım, Kiyev vilayətində işğaldan azad edilmiş İrpin şəhərinin yenidən qurulmasında iştirak, cəbhəyanı regionlardan olan ukraynalı uşaqların sağlamlığının bərpası və reabilitasiyası yüksək dəyərləndirilir”, - məktubda deyilir.

Xəbər Lenti