İspaniyada mafiya başçısı saxlanılıb

Tarix: 01 Jan 2024 05:55

Axtarışda olan italyan mafiya başçısı Nikola Rullo İspaniyada saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə "Ansa" portalı Neapol karabineri idarəsinə istinadən bildirib.

Məluata əsasən, N.Rullo daha böyük "Kontini" cinayət klanının bir hissəsi olan "Kontini" dəstəsinə rəhbərlik edirdi. Həmin şəxs həbsxanada ekstradisiyasını gözləyir.

O, 2023-cü il sentyabrın 26-da Neapol prokurorluğunun qərarı ilə axtarışa verilib. 2020-ci ildə o, həbsdən azad edilib. İspaniyada N.Rullo dekabrın 15-dən Alikantedəki El Plantio Golf Resort-da qalır.

Xəbər Lenti