Ukrayna dronları ilk dəfə Aralıq dənizində Rusiyanın "kölgə donanması"na aid tankeri vurub - VİDEO

Tarix: 19 Dec 2025 15:22

Ukraynanın Təhlükəsizlik Xidməti ilk dəfə Aralıq dənizinin neytral sularında Rusiyanın “kölgə donanması”na məxsus tankeri pilotsuz uçuş aparatları ilə vurub.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, çoxmərhələli əməliyyat nəticəsində Ukraynadan 2 min kilometrdən artıq məsafədə, Aralıq dənizinin neytral sularında “QENDIL” adlı, Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən tanker PUA-lar ilə vurulub. Bildirilir ki, tanker kritik zədələr alıb və artıq təyinatı üzrə istifadə edilə bilinməyəcək.

https://t.me/apa_az/110651

İlqar Xudiyev Ukrayna kölgə donanması tanker dron zərbəsi Rusiya Aralıq dənizi

Xəbər Lenti