Çərşənbə, 6 May, 2026
Tarix: 01 Jan 2024 08:44
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 14 m² olan təkər təmiri sexinin yanar konstruksiyaları, içərisində olan təkərlər, bitişik ümumi sahəsi 9 m² olan digər təkər təmiri sexinin dam örtüyü 2 m² sahədə və bitişik ümumi sahəsi 11 m² olan obyektin taxtadan ibarət tavanı 11 m² sahədə yanıb.
APA xəbər verir ki, bu barədə FHn məlumat yayıb.
Obyektin və sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Saat 01:15
Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Əlavə məlumat veriləcək.
***
Saat 00:39
Bakının Yasamal rayonunda yanğın baş verib.
APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsindəki avtomobil təmiri sexlərindən birində qeydə alınıb.
Hazırda yanğın davam edir.