Cümə, 19 Dekabr, 2025
Tarix: 19 Dec 2025 16:41
Ktriç Nersisyanın (katolikos II Qaregin) qardaşı arxiyepiskop Mkrtiç Nersisyan (Ezras) 1986–1988-ci illərdə SSRİ KQB-si tərəfindən “Karo” ləqəbi ilə əməkdaşlığa cəlb edilib.
APA xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.
Bildirilib ki, o, bu gün də xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqələrini davam etdirir. Qeyd olunub ki, bu da Ermənistanın təhlükəsizliyi üçün risk yarada bilər.
MTX qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görüldüyünü açıqlayıb. Açıqlamaya üzərindən məxfiliyi götürülmüş sənəd də əlavə edilib.
İlqar Xudiyev Ermənistan MTX KQB agent erməni kilsəsi xüsusi xidmət orqanları II Qaregin katolikos