Zelenski: Ukrayna müstəqil olmasa, Moskva mütləq Polşaya doğru gələcək

Tarix: 19 Dec 2025 17:25

Rusiya Polşa ilə Ukrayna arasında münaqişələrin yaranmasında maraqlıdır, lakin müstəqil Ukrayna olmasa, Moskva Polşanın ardınca gələcək.

APA “Evropeyskaya pravdaya” istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Varşavada Polşa Prezidenti Karol Navrotski ilə birgə mətbuat konfransında bildirib.

Zelenski iki cəmiyyət arasında “çətin məqamların” mövcud olduğunu qeyd edib. Onun sözlərinə görə, prezidentlərin vəzifəsi iki xalqı bir arada saxlayan siyasət formalaşdırmaqdır.

“Dövlətimiz müstəqil olmasa, Moskva mütləq bura, Avropaya doğru gələcək. Bizim müstəqilliyimiz olmadan Moskva qaçılmaz olaraq Polşanın ardınca gələcək. Ona görə də bizim mövcud olmağımız vacibdir. Sizin mövcud olmağınız vacibdir. Ukraynanın və Polşanın mövcud olması vacibdir və bizim birlikdə olmağımız vacibdir”, – Zelenski vurğulayıb.

O, Navrotskini Ukraynaya dəvət edərək bunun “cəmiyyətlər üçün vacib” olduğunu diqqətə çatdırıb.

“Ukrayna özünü müdafiə edir və bununla Avropanı da qoruyur. Ödədiyimiz ən böyük bədəl insanlarımızın həyatıdır”, – Ukrayna Prezidenti əlavə edib. O, Polşaya göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

İlqar Xudiyev Zelenski Polşa Ukrayna Rusiya

Xəbər Lenti