KTMT-yə sədrlik Qazaxıstana keçib

Tarix: 01 Jan 2024 10:01

Yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik Belarusdan Qazaxıstana keçib.

APA-nın xəbərinə görə, keçən ilin noyabrında Minskdə keçirilən sammitdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin prioritetlərini açıqlayıb.

Bu prioritetlər sırasına beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq, BMT və onun strukturları, Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi daxildir.

Xəbər Lenti