Ukrayna dronları “Lukoil”in Xəzər dənizində neft platformasına zərbə endirib

Tarix: 19 Dec 2025 17:40

Ukrayna Təhlüksəzilik Xidmətinin uzaqmənzilli pilotsuz uçuş aparatları Xəzər dənizində Rusiyanın “Lukoil” şirkətinə məxsus sayca üçüncü neftçıxarma platformasını vurub.

APA xəbər verir ki, bu barədə “Unian” xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bu dəfə “Rakuşeçnoye” yatağında yerləşən qazma qurğusu hücuma məruz qalıb.

Paylaşılan videolarda qaz-turbin qurğusuna uğurlu zərbənin qeydə alındığı görünür.

İlqar Xudiyev Rusiya Xəzər dənizində neftçıxarma platforması Lukoil Ukrayna dron hücumu

Xəbər Lenti