"Fənərbaxça" prezidenti Sadettin Saran narkotiklə bağlı cinayət işi üzrə şübhəli qismində ifadə vermək üçün məhkəməyə çağırılıb

"Fənərbaxça" prezidenti Sadettin Saran narkotiklə bağlı cinayət işi üzrə şübhəli qismində ifadə vermək üçün məhkəməyə çağırılıb

Tarix: 19 Dec 2025 20:35

Narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində "Fənərbaxça" klubunun prezidenti Sadettin Saran şübhəli qismində İstanbul Baş Prokurorluğu tərəfindən ifadə vermək üçün məhkəməyə çağırılıb.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, Saranın evində axtarış aparılıb. Hazırda İtaliyanın Milan şəhərində olan klub rəsmisi sabah səhər ölkəyə dönərək ifadə verəcək.

Qeyd edək ki, Sadettin Saran bu ilin sentyabr ayında "Fənərbaxça"nın prezidenti seçilib.

Mənbə: apa.az

Xəbər Lenti