Yaponiyada zəlzələ nəticəsində bir bina, 30 ev çöküb, 2 nəfər ölüb

Tarix: 01 Jan 2024 18:44

Bu gün Yaponiyada zəlzələlərin yol açdığı dağıntılar nəticəsində 2 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

İsikava əyalətində yaşayış binasının dağıntıları altından 2 nəfərin meyiti çıxarılıb.

Son məlumatlara görə, bu gün 4 dəqiqə ara ilə baş verən 7,6 və 6,3 maqnitudalı zəlzələlər nəticəsində 30 kənd evi və İsikava əyalətində yaşayış binası çöküb.

Xəbər Lenti