XİN başçısı: Monteneqro Vaşinqton sazişini müsbət qarşılayır

Tarix: 20 Dec 2025 13:28

Monteneqro Vaşinqton sazişini çox müsbət qarşılayır.

APA xəbər verir ki, bunu Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir regionda əldə olunan irəliləyişlərdən məmnunluğunu ifadə edib və ölkəsinin Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsinə çağırıb.

Nazir bildirib ki, Azərbaycan sülh və sabitlik nöqteyi nəzərindən bir nümunəyə çevrilməlidir: “Monteneqro Baş naziri də gələcəkdə bu münasibətlərin yaxşılaşmasına öz töhfəsini verəcək. hər iki ölkənin marağındadır ki, ölkələrimiz arasında münasibətlər daha da inkişaf etsin.

O, Ceyhun Bayramovu Monteneqroya rəsmi səfərə dəvət edib.

Toğrul Quluzadə Monteneqro Vaşinqton sazişi

Xəbər Lenti